Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, qısa fiziki yüklənmələr onkologiya, infarkt və insult riskini azalda bilər. Bunun üçün həftədə üç dəfə gündə yarım saat olmaqla velosiped sürmək lazımdır.

Bu barədə həkim-endokrinoloq, tibb elmləri namizədi Zuxra Pavlova öz “Instagram” hesabında yazıb.

Dəlil olaraq isə o, miokarda infarktı keçirmiş 27-54 yaşlı kişilərin iştirak etdiyi araşdırmanı göstərib. Onlardan qan nümunələri götürülüb, çəki, boy, bel çevrələri ölçülüb və onlara 3 ay ərzində həftədə 3 dəfə gündə yarım saat olmaqla velosiped sürmək təklif edilib.

3 aydan sonra məlum olub ki, araşdırma iştirakçılarının qanındakı xoş xolesterin miqdarı təxminən 25% artıb. Kişilərin 45%-də estradiol (qadın cinsi hormonunun) səviyyəsinin azalması da gözlənilməz nəticə olub – bu göstərici 1 millilitr üçün 50,1-dən 27,8 pikoqrama düşüb (tam normayadək yüksəlmiş göstəricidən).

Həkim 1 millilitr üçün 40 pikoqramdan yüksək estradiolun ürək-damar faciələri nəticəsində yüksək gözlənilməz ölüm riski ilə bağlı olduğunu hesab edən alimlərin də fikirləri misal gətirib.

Odur ki, pedal fırladın, öz həyat davamiyyətinizi artırın! Bu, pulsuzdur”, – deyə Pavlova yazıb.

Sonda isə o əlavə edib ki, kiçik yüklənmələr təhlükəli vəziyyətlərin inkişaf riskini azaltmaq üçün kifayətdir.