Az.shafaqna.com “CNN Turk”-ə istinadən xəbər verir ki, İstanbulda İŞİD terrorçusu tutulub.

Türkiyə polis departamentinin antiterror şöbəsinin əməkdaşları müəyyən ediblər ki, terrorçu başqa bir şəhərdən İstanbula gəlib və terror aktı həyata keçirməyə hazırlaşırdı.

İŞİD-çi xüsusi əməliyyat zamanı saxlanılıb. Onun mehmanxana otağında keçirilmiş axtarış nəticəsində uzunlüləli silah, 5 patron darağı və 150 güllə müsadirə edilib.