Avtoyuma məntəqəsində avtomobildən 6000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

115
0
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust ayında rayon ərazisindəki avtoyuma məntəqəsindəki avtomobillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Az.shafaqna.com xəbər verir ki, Azərbaycan DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Sərxan İsgəndərovun icarə əsasında işlətdiyi Tərtər rayonunun Təzəkənd kəndi ərazisindəki avtoyuma məntəqəsindəki avtomobildən qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. S. İsgəndərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Oğurlanmış qızıl əşyalarının yeri aşkar edilərək maddi sübüt kimi götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.