FotoArt-Treu / Pixabay

Az.shafaqna.com “Arqumentı i faktı”-ya istinadən xəbər verir ki, dünyadakı bütün kiber hücumların 75%-nin məsuliyyətini ABŞ daşıyır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katib müavini Oleq Xramov bildirib.

Onun sözlərinə görə, kiberməkanda “total Rusiya təhdidinə” dair bəyanatları təkzib edən statistika mövcuddur. Xramov əlavə edib ki, Rusiyanı informasiya təhdidi mənbəyi kimi təqdim edən təbliğatla mübarizə üçün sübutları var.

Məsələn, informasiya təhlükəsizliyi sahəsində çalışan xarici və Rusiyanın aparıcı şirkətlərinin hesabatlarının təhlili göstərir ki, ən çox kompüter hücumu ABŞ ərazisində yerləşən informasiya infrastrukturunun istfadəsi ilə həyata keçirilir”, – deyə o bildirib.

Rusiyalı rəsmi qeyd edib ki, 2016-2019-cu illərdə internetdə yaradılmış ziyanlı fəaliyyətin 40-75%-i ABŞ-lılar tərəfindən yaradılıb.

Rusiyanın payına düşən məlum göstərici isə 2-7%-dir”, – deyə o əlavə edib.

Xramov həmçinin deyib ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ iqtisadiyyatına hər il 57-109 milyard dollar ziyan vuran 300 mindən artıq kibercinayət qeydə alır.