Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan DİN cinayət məcəlləsinin “terrorçuluğa dair yalan xəbər” maddəsi ilə bomba barədə daxil olmuş zəng barəsində araşdırma başladıb.

Xatırladaq ki, ötən gün Gürcüstanın Birinci kanalına telekanalın binasına bombanın yerləşdirilməsi haqda zəng daxil olub. Bundan sonra əməkdaşlar binadan təxliyyə edilib və DİN-ə məlumat verilib.

Hüquq-mühafizə əməkdaşları 4 saatdan çox binada çalışıblar. Ərazidə minatəmizləyənlər də olub.

Bomba barədə xəbərə baxmayaraq, 1-ci kanalın televiziya və radiosu fasiləsiz işləyib.