
Az.shafaqna.com xəbər verir ki, böyük mərcəi təqlid müctehidi Ayətullah Seyid Sistaninin dəftərxanası tərəfindən Livanda Beyrut Limanı bölgəsində baş vermiş partlayışdan sonrakı ziyanları araşdırmaq üçün gələn heyət işinə davam edir.
Beyrut Limanı yaxınlığında əl-Qarantina bölgəsində araşdırma aparan heyət ziyanları hesabladıqdan sonra ikinci yardım kampaniyasına start verib.
Ayətullah Sistaninin Livandakı dəftərxanasından “Shafaqna”ya verilən açıqlamaya görə, ikinci yardım kampaniyası da “Alulbeyt” humanitar yardım fondu tərəfindən həyata keçirilməklə ziyan dəymiş insanlara veriləcəkdir.
Bir müddət əvvəl vəziyyətlə bağlı yaxından tanış olan Ayətullah Sistaninin Livandakı dəftərxanasının məsul şəxsləri bir sıra din xadimləri, ictimaiyyət nümayəndələri ilə görüş keçirmiş, ziyan dəymiş binalara baxış keçirdikdən sonra, “Alulbeyt”in humanitar yardım fondu zərərçəkmiş livanlılara birbaşa yardımlar etmişdi.



























