
Az.shafaqna.com “Rossiya 1”-ə istinadən xəbər verir ki, həkim və teleaparıcı Aleksandr Myasnikov beyin qocalmasını yavaşıtmağın effektiv yolları barədə danışıb.
Onun sözlərinə görə, bu cür problem təkcə yaşlı nəsildə yox, həm də stress, az hərəkətlilik və qeyri-sağlam həyat tərzi yaşayan gənclərdə də müşahidə edilir.
Beyin qocalmasını ləngitmək üçün həkim sosial aktivliyi saxlamağı, həyata maraq göstərməyi, maraqlanan biri olmağı, çoxlu mütaliə və çoxlu təfəkkürü məsləhət görür.
Həmçini düzgün qidalanmaq lazımdır. Məsələn, demensiyanın profilaktikası üçün polidoymamış yağ turşularının olduğu balıqlar da faydalıdır.
Bundan başqa, Myasnikov beyin aktivliyinə yaxşı təsir edən və beynin işini yaxşılaşdıran müntəzəm fiziki yüklənmələri məsləhət görüb.






























