Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, cari ilin iyul ayında Nigeriyanın 28 ştatında törədilmiş terror aktlarının qurbanlarının sayı açıqlanıb.

Bu barədə Nigeriya hüquq-müdafiəçiləri məlumat yayıb.

Bildirilir ki, “Boko Haram” terrorçularının terror aktları, silahlı dəstələrin hücumları və milli zəmindəki toqquşmalar nəticəsində 238 nəfər dinc sakin və 132 asayiş keşikçisi dünyasını dəyişib. Yüzlərlə insan xəsarət alıb, onlar bir qismi qaçırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşı Kabiru Adamu “Boko Haram”-ın regionda cinayət aktivliyinin artmasını “dəhşətli” adlandırıb.