Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın Birinci kanalının qaynar xəttinə bomba barədə zəng daxil olub.

Bu xəbərdən sonra əməkdaşlar binadan təxliyyə ediliblər.

Kanal rəhbərliyi DİN-ə müraciət edib və hazırda müvafiq qurumlar binada işləyirlər.

Birinci kanalın televiziya və radiosu fasiləsiz fəaliyyət göstərir.