
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, işsizlik ölkənin ən əsas problemlərindən biridir.
“İşsizlik səviyyəsi. Şübhəsiz, bu, bu gün ölkənin ən əsas problemlərindən biridir. Bu, tamamilə göz qabağındadır”, – deyə o qeyd edib.
İyul ayında Putin deyib ki, ölkədə işsizliyin partlayış həddə artmasının qarşısı alına bilib.
O qeyd edib ki, əmək bazarının tam bərpası vəzifəsi 2021-ci ilədək yerinə yetirilməlidir.
Bundan başqa, rusiyalı prezidenti hazırda ölkə əhalisinin azaldığına da diqqət çəkib. O əlavə edib ki, ölkə rəhbərliyi son illər demoqrafiya problemlərinə daha çox diqqət ayırır
O deyib ki, həyat davamiyyətinin artmasına və ölüm göstəricilərinin azalmasına baxmayaraq, 2019-cu ildə ölkə əhalisi 260 min nəfər azalıb.






























