Az.shafaqna.com xəbər verir ki, ABŞ-ın Miçiqan ştatının universitetinin alimləri laborator şəraitdə ilk dəfə gövdə hüceyrələrindən kiçik insan ürəyi düzəldiblər.

Bu barədə “bioRxiv” portalı məlumat yayıb.

Bioloqlar ürək orqanoidlərinin yetişdirilməsinin müvafiq protokolunu hazırlayıblar.

Əmələ gələn orqan əsl insan embrionunun ürəyinə bənzəyib, müntəzəm şəkildə yığılıb və ürək hüceyrələrinin və onun strukturunun bütün əsas tiplərinə sahib olub.

Məlum kəşf körpəlik yaşında uşaqlarla əmələ gələn ürək-damar xəstəlikləri ilə mübarizə sahəsində olduqca mühüm olacaq.