
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Baş nazirinin müavini Yuriy Borisov bəyan edib ki, ən yeni zenit raket sistemi S-500-ün dövlət sınaqları başlayıb, seriyalı istehsalın hazırlığı gedir.
“Dövlət sınaqlarının başladılması və bu gün S-500-ün sadələşdirilmiş komplektasiyasının mövcudluğu faktı həqiqətdir və artıq seriyalı istehsal üçün komplektlərin alışı gedir”, – deyə o bildirib.
Daha öncə Rusiya müdafiə nazirinin müavini Alekseyn Krivoruçko deyib ki, Rusiya Silahlı Qüvvələri 2021-ci ildə S-500 ZRK-lərin ilk partiyasını təhvil alacaq.
Qeyd edək ki, S-500 “Prometey” “yer-hava” tipli yeni nəsil ZRK-lərə aiddir. Bu sistem ballistik hədəflərlə yanaşı, aerodinamik hədəfləri (təyyarə, vertolyot, digər hava hədəfləri), həmçinin qanadlı raketləri də vura bilir.
Bu sistem təxminən 600 km məsafədəki hədəfləri vura bilir. Həmçinin sistem eyni anda 10 ədəd saniyədə 7 km sürətlə uçan ultrasəs ballistik hədəfləri aşkar edə və vura bilir, həmçinin ultrasəs raketlərinin döyüş bloklarını da vurma imkanı var.
S-500 öz xüsusiyyətləri ilə S-400-ü və onun ABŞ-dan olan rəqibi “Patriot Advanced Capability-3”-ü nəzərəçarpacaq qədər üstələyəcək.






























