Photo by Victor Freitas from Pexels

Az.shafaqna.com “MedicalXpress”-ə istinadən xəbər verir ki, avstraliyalı alimlər müəyyən ediblər ki, müntəzəm qəhvə istifadəsi insanları qaraciyər xərçəngindən xilas edə bilər.

Araşdırmaya əsasən, gündə 2 və ya 3 fincan qəhvə xəstəlik şansını 38%, onun ölümlə nəticələnmə ehtimalını isə 46% azalda bilər. Gündəlik qəhvə miqdarını 4 və ya 5 fincana çatdırmaqla, bu göstəriciləri, müvafiq olaraq, 41% və 71%-dək artırmaq olar.

Mütəxəssislərin bu fikri 2016-cı ildə qaraciyər xərçəngi üzrə xəstələnmə və ondan dünyasını dəyişən insanlar arasında qəhvə istifadəsinə dair məlumatlar nəzərə alınmaqla yaradılmış modelə əsaslanıb.

Məlum olub ki, gündəlik 2 fincan qəhvə 452 861 xəstəni xilas edə bilərdi. 4 fincan olduda isə bu rəqəm 723 287 nəfərə çata bilərdi.

Araşdırmaçılar qeyd ediblər ki, həkimlər qaraciyər xərçəngindən qorunmaq üçün vətəndaşlara bu içkini öz gündəlik rasiyonlarına əlavə etməyi məsləhət görməyə başlamalıdırlar.