
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Arktikada hərbi aerodromların inşası üçün buz strukturunun dəyişdirilməsi texnologiyalarının tətbiqininin mümkünlüyünü gözdən keçirir.
Sözügedən texnologiya Bauman adına Moskva Dövlət Texniki Universiteti (MDTU) tərəfindən hazırlanıb. O, İl-76 ağır hərbi-nəqliyyat təyyarələrini “buzdan” olan eniş-uçuş zolaqlarına endirməyə imkan verə bilir.
Universitetin prorektoru Yevgeni Storojuk bildirib ki, layihəyə “Meydança” adı verilib.
O əlavə edib ki, qütbarxası sahələrin materik əraziləri üçün hazırlanmış texnologiyanın mahiyyəti xüsusi kimyəvi reagentlərin istifadəsinin sayəsində buz örtüyünün dəyişilməsindən ibarətdir.






























