
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Ukraynanın “Həyat uğrunda – Müxalifət Platforması” partiyasının lideri Viktor Medvedçuk Ukraynanın Müstəqilliyi Günündə ölkənin 3 əsas düşmənini açıqlayıb.
Onun sözlərinə görə, həmin düşmənlər savadızlaşdırma, tənəzzül və sənayesizləşdirmədir.
Siyasətçi qeyd edib ki, ukraynalılarda 1991-ci ildən sonra yaranmış ölkənin çiçəklənmə, müstəqillik və rifah ümidləri özünü doğrultmayıb.
“Hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatlar Ali Radada özlərinə üzərinə “Səhv etmək hüququm var” yazılmış köynəyi geyinərək lovğalanmaq ixtiyarı verirlər”, – deyə o bildirib.
Medvedçuk əlavə edib ki, partiya təmsilçilərinin səhv etməh haqqı yoxdur, çünki onların sayı “olduqca çoxdur”. O həmçinin bildirib ki, “Xalq xidmətçilərinin” deputatları tam ixtiyar əldə edilblər və onu ölkənin 3 əsas düşməni ilə mübarizə üçün istifadə etməlidirlər.
Onun fikrincə, son illər Ukraynanın başında “məhvedici və ləğvedicilər komandası durur”.






























