Az.shafaqna.com “Qovorit Moskvaya”-ya istinadən xəbər verir ki, Rusiyada koronavirusdan sağalananlar arasında saç tökülməsi ilə bağlı həkimə müraciət edənlərin sayı artıb.

Bu barədə trixoloq Natalya Korotkova danışıb.

Ekspert deyib ki, pasiyentlər saçlarını, çox ehtimal ki, infeksiyaya görə yox, müalicənin yan təsirlərinə görə itirirlər.

Bu, sırf ya viruslara, ya da tətbiq edilmiş ciddi preparatlara reaksiyadır”, – deyə Korotkova bildirib.

Həkim əlavə edib ki, keçəlləşmə həmçinin stressə görə də başlamış ola bilər. O, özü-özünü müalicə ilə məşğul olmamağı və mütəxəssislərə müraciət etməyi məsləhət görüb.