
Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar rayonuna icra hakimi təyin edib.
Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatında bu barədə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2020-ci il.”






























