Ronaldu sosial şəbəkədə rekorda imza atdı

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, “Manchester United” və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu “Instagram”da izləyici sayına görə rekorda imza atıb.

37 yaşlı idmançının izləyicilərin sayı 400 milyon nəfərə çatıb.

Hazırda o, “Instagram”da ən çox izlənən insandır.

Hazırda ən çox izləyiciyə isə “Instagram”ın (qeyri-insan) öz səhifəsi sahibdir – 469 milyon nəfər.

Bu məqaləni paylaş