Az.shafaqna.com “Al-Alam”-a istinadən xəbər verir ki, İranın Nətənz şəhərindəki nüvə obyektində baş vermiş yanğının sabotaj aktı olduğu məlum olub.
Bu barədə İran Atom Enerjisi Təşkilatının (İAET) rəsmisi Bəhruz Kamalvəndi bildirib.
“Keçirilmiş yoxlama bunun sabotaj olduğunu təsdiq edib”, – deyə o bildirib.
İranlı rəsmi əlavə edib ki, nüvə obyektindəki hadisənin təfərrüatları münasib olan zamanda elan ediləcək.
Xatırladaq ki, sözügedən obyektdəki hadisə iyul ayında baş verib. İnsident nəticəsində heç kəs xəsarət almayıb, radioaktiv materialların sızması baş verməyib.































