
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Avstriya ilk dəfə olaraq rusiyalı diplomatı casusluq işi ilə bağlı “arzuolunmaz şəxs” elan edib.
O, 1 sentyabradək ölkəni tərk etməlidir.
Rusiya səfirliyi KİV-də yayılan məlumatı şərh etməyib.
Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədrinin 1-ci müavini Vladimir Cabarov deyib ki, Moskva rusiyalı diplomatın ölkədən çıxarılması xəbərlərini anlaşılmazlıq hesab edir, çünki Rusiyanın Avstriya ilə “yaxşı, möhkəm münasibətləri” var.
O xatırladıb ki, son aylarda bir sıra Avropa ölkələrindəki Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşları ilə də oxşar insidentlər baş verib və bu, pis tendensiyadır.
“Bunun niyə baş verdiyini və bu anti-Rusiya kompaniyasının kim tərəfindən idarə edildiyi barədə düşünmək lazımdır”, – deyə o qeyd edib.
Cabarov əlavə edib ki, Moskvanın oxşar cavab addımı atıb-atmayacağını Kreml qəbul edəcək.
Həmçinin oxu:






























