Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Şatili kəndində baş vermiş avtoqəza ilə bağlı 25 avqust Gürcüstanda matəm günü elan edilib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat verib.

Müvafiq sərəncamı Gürcüstan Baş naziri Giorqi Qaxariya imzalayıb.

Sənədə əsasən, matəm günü ilə bağlı Gürcüstanda bütün inzibati binalardakı dövlət bayraqları bir az endiriləcək.

Xatırladaq ki, Şatili kəndində mikroavtobus sıldırımdan aşıb; 17 nəfər həyatını itirib, 3 nəfər isə ağır yaralanıb.