© РИА Новости / Александр Имедашвили

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Gürcüstanın Mtsxeta-Mtianeti diyarının Duşeti rayonunda yerləşən Şatili kəndində mikroavtobus uçurumdan aşıb.

İnsident nəticəsində 17 nəfər dünyasını dəyişib, 3 nəfər ağır xəsarətlər alıb.

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Maşın təxminən 80 metr hündürlükdən düşüb.

Şahidlərin sözlərinə görə, mikroavtobus yüksək sürətlə hərəkət edərkən boş yük avtomobilinə çırpılıb və daha sonra aşağı aşıb.