Arivera/Pixabay

Az.shafaqna.com “1Prime” saytına istinadən xəbər verir ki, Rusiyanın keyfiyyətə nəzarət təşkilatı “Roskaçestvo” başçısının müavini İlya Loyevski fırıldaqçıların “WhatsApp”-da istifadə etdikləri yeni sxemlər barədə danışıb.

O qeyd edib ki, dələduzluqların böyük hissəsi istifadəçiləri linkə klik etməyə və ya faylları yükləməyə “məcbur edən” mətnlər vasitəsi ilə baş verir.

Onun sözlərinə görə, bu cür sosial mühəndislik nümunələrində ən çox “Facebook”, “Google” və ya “Apple” kimi şirkətlərin “məşhur” adlarından istifadə edilir. Bundan başqa, canilər “həssas mövzuların” açar sözlərindən” (məs., koronavirus, “olduqca sərfəli təklif”) istifadə edə bilərlər.

Çox zaman fırılfaqçılar ad və tərtibatı kopiyalayaraq “WhatsApp”-ın rəsmi profillərinin saxtasını düzəldirlər”, – deyə Loyevski əlavə edib.

Mütəxəssis bildirib ki, istifadəçidən şəxsi məlumatın (məs., doğum tarixi və ya bank kartının nömrəsi) istənilməsi faktı tələnin əlamətlərindən biridir.