Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, bu gün Gürcüstanın Leyborist Partiyasının ofisində 30-dək müxalif partiya deklarasiya rəsmiləşdirəcək.

Müxalif partiya təmsilçiləri bu fikirdədirlər ki, seçkidə qalib gəlsələr, “Gürcü Arzusu” ilə koalisiya yaratmayacaqlar.

“Avropa Gürcüstanı” üzvü Levan Tarxnişvili bildirib ki, bəyannaməni leyboristlərin ofisində yığışacaq partiyalar imzalayacaq.