
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 10 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1421-ə çatıb, onlardan 1137 xəstə sağalıb, 17 xəstə ölüb. Karantin rejimində 7005 nəfər var, 255 nəfər həkim nəzarətindədir.





























