
Az.shafaqna.com “Daily Mail”-ə istinadən xəbər verir ki, “Yuventus” klubunun və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Mançesterdə 4 ulduzlu otel inşa etdirəcək.
Şəhərin işgüzar rayonundakı tikinti 30 milyon avrodan artıq məbləğə başa gələcək. Mehmanxananın açılışı 2023-cü ilə nəzərdə tutulub.
Binada idman zalı, kafe və digər məkanlar olacaq.
Burada qonaqların qəbulu üçün 151 nömrə olacaq.






























