
Az.shafaqna.com “Associated Press”-ə istinadən xəbər verir ki, ABŞ-ın Luiziana ştatının polisləri mağazada qarət törətmək istəyən qaradərili kişini güllələyiblər.
Öldürülən şəxs 31 yaşlı Treyford Pellerindir.
Polisdən bildirilib ki, əli bıçaqlı kişi haqda məlumat daxil olduqdan sonra zabitlər hadisə yerinə gələrək onu tutmağa çalışsalar da, o, qaçmağa cəhd edib. Afroamerikalıya qarşı elektroşokerdən istifadə edilib, lakin bu, onu dayandırmayıb. O, başqa mağazaya girmək istəyəndə polislər ona atəş açıblar.
ABŞ-ın vətəndaş azadlıqlarının müdafiəsi ittifaqı məlum insidentə reaksiya verib: hadisə polis zorakılığı adlandırılıb, həmçinin qətlin araşdırılmasının keçirilməsi tələb edilib.






























