Reuters

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraqdakı ət-Taci hərbi bazasını tərk edir. Obyekt və avadanlıqlar İraq tərəfinə təhvil veriləcək.

Sarsılmaz qətiyyət” əmliyyatının operativ qrupu koalisiya qüvvələrinin olduğu İraqın ət-Taci düşərgəsini İraq təhlükəsizlik qüvvələrinə təhvil verdi”, – deyə koalisiyadan bildirilib.

İraq hökumətinə 347 milyon dollar dəyərindəki əmlak verilib.

Xatırladaq ki, İran yanvar ayında adıçəkilən hərbi bazaya raketlərlə zərbələr endirmişdi.