
Az.shafaqna.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun xatirəsinə klip hazırlanıb. Klip Azərbaycan DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunub. Şəmistan Əlizamanlının ifasında səslənən “Paşam, Hey!” adlı mahnının sözləri Milli Məclisin deputatı Musa Quliyevə, musiqisi isə Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Faiq Sücəddinova aiddir.






























