Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələnib – FOTO

125
0

Azərbaycanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərin cərimələnməsi davam edir. Belə ki, bu haqda ölkə mediası məlumat yayıb. Məlumatda qeyd edilir ki,  Abşeron rayonunda sabiq deputat İlham Əliyevin evində keçirilən toy mərasimində iştirak edən digər şəxslərdə cərimələnib.

Az.shafaqna.com xəbər verir ki, mərasimdə iştirak edən daha 17 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211.1-ci maddəsi ilə cərimə ediliblər. Məlumata görə, cərimə edilənlər; Azad Şabanov, Cəlil Hacıyev, Cahad Rzayev, Anar Məmmədov, Zöhrab Sultanov, Teymur Süleyman, Rəsul Məhərrəmov, Rafael Tağıyev, Nadir Mustafayev, Mehman Səlimov, Kənan Əliyev, Fərid Mehdiyev, Fərid Cəbrayılov, Əli Cəfərov, Sənan Eynullayev, Rəşid Cəbrayılov və digərləridir.

Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, bundan öncə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın da cərimələnməsilə bağlı məlumat yayılmışdı.