
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 17 nəfərdə koronavirus aşkarlanıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1411-ə çatıb, onlardan 1132 xəstə sağalıb, 17 xəstə ölüb. Karantin rejimində 6848 nəfər var, 269 nəfər həkim nəzarətindədir.






























