
İmam Hüseynə ağlamağın bir neçə faydası var. Allah Quranda Peyğəmbər və ailəsinə (s) salam və salavat göndərir. İmam Sadiq (ə) buyurur: “Allahın salam və salavatı olsun İmam Hüseynə ağlayanlara”. Peyğəmbərinə (s) salam və salavat göndərən Allah, bu dəfə İmama (ə) ağlayanlara göndərir. İmam Hüseynə (ə) ağlayanlara Peyğəmbər (s), İmam Əli (ə), Xanım Zəhra (s.ə) və İmam Həsən (ə) ağlayar. Bu şəxslərin hamısı dedi ki: “Biz əməllərimizin 1/3-ni Hüseynə (ə) ağlayanlara hədiyyə edirik. O Həzrətə (ə) ağlamağın savabı budur.
Höccətül-islam Ələvi Tehrani






























