Az.shafaqna.com xəbər verir ki, Azərbaycanda Məhərrəm ayının daxil olmasından sonra xüsusi abu-hava müşahidə olunur. İnsanlar məscidlərə gedə bilməsələrdə, istər sosial şəbəkələr, istər başqa aksiyalarla İmam Hüseyn (ə) matəmini canlandırmağa çalışırlar. Belə bir aksiya Bakıda Bülbülə qəsəbəsində uşaqlar və yeniyetmələr tərəfindən keçirilib. Onlar pandemiya qaydalarına riayyət edərək İmam Hüseyn (ə) adına şərbət ehsan ediblər.