Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib.

Xəbər verdiyimiz kimi, Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin koronavirus testi pozitiv çıxıb. Bütün dünyada olduğu kimi Gürcüstanda da bu xəbər dindarların üzüntüsünə səbəb olub.

Az.shafaqna.com saytı məsələ ilə bağlı, Gürcüstanın tanınmış ilahiyyatçı alimi, İmam Hüseyn (ə) adına Marneulidə fəaliyyət göstərən məscidin imamı Hacı Əziz Nəbiyevdən münasibət öyrənib.

Hacı Əziz Nəbiyev “Şafaqna”nın azərbaycanca saytının açılmasına xeyir-dua verərək deyib: “İmam Hüseyn ə buyurub ki, Allahın bəndələrinin içərisində elə kəslər vardır ki, Allah onları insanların ehtiyaclarını ödəmək üçün xəlq etmişdir.
Biz Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi bu sırada olan şəxsiyyətlərdən bilirik. O Həzrət özünün elmi və səxavəti ilə bir çox ölkələrdə, o cümlədə Gürcüstanda da İslam yolunda bir çox xidmətləri ilə tanınmışdır.”

İmam Hüseyn (ə) adına Marneulidə fəaliyyət göstərən məscidin imamı Hacı Əziz Nəbiyev “Gürcüstanda İmam Hüseyn (ə) məscidinin tikilməsində, həmçinin digər məscidlərdə xüsusi xidməti olan bir şəxsiyyətdir, Ayətullah Şəhristaninin koronavirusa yoluxma xəbəri biz möminləri kədərləndirdi. Biz Gürcüstan müsəlmanları Ayətullah Şəhristaniyə və eləcədə bütün xəstələrə uca Allahdan tezlilkə şəfa tapmasını diləyirik və dua edirik.”, -deyə əlavə edib.

Qeyd edək ki, Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristani Marneulidə ən gözəl məscidlərdən olan İmam Hüseyn (ə) məscidinin açılışında da iştirak edib.

Əvvəlki məqaləSəudiyyə OPEK+ ölkələrini “neft müharibəsi” ilə hədələdi
Növbəti məqalədəPolşada İŞİD-ə pul göndərən 2 iraqlı həbs edildi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

The reCAPTCHA verification period has expired. Please reload the page.