Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, qadın məsləhətxanalarında maarifçilik işlərinin aparılması vasitəsi ilə Rusiya Əmək Nazirliyi və Səhiyyə Nazirliyi abort saylarının, həmçinin yeni doğulan körpələrdən imtina hallarının azaldılması üçün yol xəritəsi hazırlayacaq.

Tədbirlərə qeyri-kommersiya təşkilatları cəlb ediləcək.

Layihənin ictimai müzakirəsi 21 avqust – 3 sentyabr tarixlərində “Uşaqlıq onilliyi” portalında aparılır.

Bundan başqa, doğuş sayının artırılması məqsədi ilə övladı olmayan ailələrə tibbi yardımın göstərilməsi də nəzərdə tutulur. Sənədə əsasən, 2021-ci ildə İcbari Tibbi Sığorta vəsaitlərinin hesabına həyata keçirlən süni mayalandırma prosedurlarının sayının 74 minə, 2024-cü ildə isə 80 minə çatdırılması nəzərdə tutulur.

Proqramın reallaşdırılması “Demoqrafiya” milli layihəsinin “Uşaq doğumu zamanı ailələrə maliyyə dəstəyi” adlı federal layihəsi çərçivəsində baş tuta bilər.