Az.shafaqna.com xəbər verir ki, Məhərrəm ayının başlamasından sonra Azərbaycan dilli sosial şəbəkə istifadəçiləri İmam Hüseyn, Məhərrəm ayının başlaması, məhərrəmlik və əzadarlıqla bağlı paylaşımlar etməkdə, statuslarında bu yöndə video, fotolar əlavə etməkdədirlər. Dünyada keçirilən “Hər Əhlibeyt tərəfdarı (şiə) bir mesaj” virtual kampaniyanın digər kampaniyalardan fərqi budur ki,  burada təşkilatçı da, icraçı da İmam Hüseyn (ə) əzasına ehtiram edən xalqlar – sosial şəbəkə istifadəçiləridir.

Sizə təqdim edəcəyimiz örnəklər, bəlkə də ümumi bu işlərin 100 mində 1-i deyil. Hər kəs həyatda olduğu kimi virtual aləmdə də İmam Hüseynə (ə) bağlı olduğunu bir vasitə ilə çatdırmağa çalışmaqdadır. Aşağıda təqdim etdiyimiz örnəklərdə tanıdığımız ilahiyyatçılar, alimlər, ictimai xadimlər, jurnalistlərlə yanaşı vəzifə və kimliyini bilmədiyimiz şəxslər də var. Lakin onları bir yerdə cəm edən Peyğəmbər və Əhlibeytinə məhəbbət və hörmət, İmam Hüseynin (ə) əza və qəmli günlərinə göstərdikləri ehtiram və sevgidir.

*Qalereyanın üstünə klikləyərək tam ölçüdə baxın.