
Az.shafaqna.com “The Wall Street Journal”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı OPEK+ ölkələri hasilatın azaldılmasına dair razılıqlarını yerinə yetirməyəcəyi halda onları neft müharibəsi ilə hədələyib.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bu yaxınlarda Anqola və Nigeriyaya ultimatum verərək, əlavə azalmalar üzrə planların təqdim edilməsini istəyib. Bu azalmalar onların yerinə yetirmədikləri öhdəlikləri kompensasiya edir.
Nazir həmçinin ölkələri xəbərdar edib ki, Anqola və Nigeriyanı sarsıtmaq üçün Səudiyyə Ərəbistanı ucuzlaşdırılmış qiymətlə neft ticarətinə başlaya bilər.
Xatırladaq ki, OPEK+ iclasının iştirakçıları ortaq məxrəcə gələ bilmədikləri üçün 6 martda neft bazarında enib-qalxmalar baş verdi. Sazişin iflasa uğramasından sonra neftin qiymətləri 30% düşdü. Mayda bağlanmış sazişə əsasən, OPEK+ razılaşmasının iştirakçı-ölkələri may-iyunda neft hasilatını gündə 9,7 milyon barel, ikinci yarımildə 7,7 milyon barel və 2022-ci ilin sonunadək 5,8 milyon barel azaldacaqlar. Bundan sonra neftin qiymətləri artmağa başladı.






























