Az.shafaqna.com “islam.ru”-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Lids şəhərində yerli məscidin işçiləri qonşuluqdakı kilsəyə kömək əli uzadaraq onun tərk edilmiş ərazilərinin təmizliyini öz üzərilərinə götürüblər.

Müsəlmanlar “Müqəddəs Ruh” kilsəsinin ətrafındakı ərazini təmizləyiblər.

Fəallardan biri olan Nur Zaman təmizlik işlərini təşkil edərkən deyib ki, qonşuya yardım Allahın razılığını qazanmağın yollarından biridir.

Biz kilsənin qonşularıyıq və Bibliya və Quranda da deyildiyi ki, qonşular bir-birilərinin qayğısına qalmalıdır”, – deyə o bildirib.