Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Cənubi Sudanda təyyarə qəzası baş verib.

Yük təyyarəsi Cuba hava limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb.

Hadisə nəticəsində 17 nəfər həyatını itirib, 1 nəfər isə sağ qalıb – o, kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Təyyarənin çırpıldığı yerdə yanğın baş verib.

Yük təyyarəsinin göyərtəsində motosikletlər, ehtiyat hissələir, qida məhsulları və QHT əməkdaşlarının maaşları olub.

İnsidentlə bağlı araşdırma başladılıb.