
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya Rusiya ilə uçuşların bərpası barədə danışıb.
Onun sözlərinə görə, uçuşların yenidən başlaması epidemioloji vəziyyətdən asılıdır.
O həmçinin Rusiya ilə uçuşları Gürcüstanın dayandırmadığını da qeyd edib.
“Rusiya ilə uçuşların bərpası Rusiya Federasiyasından və həm oradakı, həm də Gürcüstandakı epidemioloji vəziyyətdən asılıdır”, – deyə Qaxariya bildirib.
Xatırladaq ki, daha öncə Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlərin yoluna qoyulması məsələləri üzrə xüsusi təmsilçisi Zurab Abaşidze ölkəsinin Rusiya ilə uçuşların bərpasında maraqlı olduğunu bildirmişdi.






























