Az.shafaqna.com “Focus”-a istinadən xəbər verir ki, qaraciyərin dağılmasının yeganə səbəbi spirtli içki deyil.

Alimlər bildirir ki, azhərəkətli həyat tərzi qaraciyərin işinə mənfi təsir edir. Artıq çəki daxili orqanlarda piy qatının əmələ gəlməsinə səbəb olur ki, bu da, iltihaba gətirib çıxara bilər.

Üstəlik, sağlam həyat tərzinə və rasiondakı yağ və şəkər miqdarını məhdudlaşdırmağa vərdiş etmiş şəxslər də problemlərlə üzləşə bilər. Məsələn, onlar tez-tez şirniyyatı meyvələrlə əvəz edərək, həddindən artıq istifadəsinin qaraciyərin yağlanmasına səbəb ola biləcəyi fruktoza barədə unudurlar.

İnsanın qəbul etdiyi dərmanlar da əhəmiyyətli faktordur. Belə ki, yüksək yorğunluq hiss edərkən, iştahsızlıq zamanı və qarnın yuxarı hissəsində diskomfort hiss etdikdə bunun dərmanların yan təsiri olub-olmadığını müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır.