Az.shafaqna.com xəbər verir ki, Azərbaycanda pandemiya səbəbindən məscidlərin bağlı olması, Məhərrəm ayının mərasimlərinin onlayn istiqamətdə inkişaf etdirib.

Demək olaraq bütün məscidlər və ilahiyyatçılar sosial şəbəkələr vasitəsilə mərasim keçirib.

İslamazeri.com belə məclislərdən biri haqqında məlumat verib.

Bakının Məşədi Dadaş məscidindəki mərasimə diqqət çəkib.

Buradakı mərasim əvvəlki illərdən fərqli olsa da, bu il daha çox yaradıcı təşkilatçılıq nəzərə çarpıb.

Belə ki, səhnələşmə, xüsusi dizayn diqqət çəkib.

Azərbaycan şəhidlərinin şəkillərilə bəzədilən məscid xüsusi abu-hava yaradıb.

Məhərrəmlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların yad edilməsi sosial şəbəkələrdə də paylaşılıb.

Onlayn olaraq isə on minlərlə insan bu mərasimi izləyib.