Az.shafaqna.com “IslamNews”-ə istinadən xəbər verir ki, türkiyəli süpürgəçi Həbib Çaylı dürüstlük, vicdanlıq və mərdlik nümünəsi nümayiş etdirərək bütün ölkədə şöhrət qazanıb.

Bursa şəhərində küçələrin təmizliyini təmin edən 57 yaşlı kişi öz adi gündəlik işi ilə məşğul olarkən zibil yeşiyinin yanında bağlama tapıb. Bağlamanın içərisində isə dəstə pullar var idi – ümumilikdə 110 min türk lirəsi (təxminən 15 min dollar).

Özünün pula ehtiyacının – həmin məbləğin təxminən 33%-i qədər banka borcunun olmasına baxmayaraq, o, dərhal polisə gedərək pulu təhvil verib.

Bundan sonra Həbib xalq arasında məşhurlaşıb. Bir çox KİV-lər onun barəsində yazıb, məşhur simalar isə təşəkkür əlaməti olaraq onun borcunu bağlamaq qərarına gəlib.

Bundan başqa Bursa rəhbərliyi də ona təşəkkür edərək hədiyyələrlə mükafatlandırıb.