Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.

Az.shafaqna.com APA-ya istinadlı məlumatına görə, məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib.

Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.

https://www.youtube.com/watch?v=DsmMRVsUe1I