
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, “İnter”-in hücumçusu Romelu Lukaku Ronaldo Luis Nazariu di Limanın Milan klubunun debüt sezonundakı qol üzrə rekordunu təkrar edib.
Avropa Liqasının final qarşılaşmasında – “Sevilya”-ya qarşı oyunda belçikalı idmançı 11 metrlik zərbəni reallaşdıraraq 5-ci dəqiqədə qol vurub.
Bu qol hücumçu üçün klubda çıxışının ilk sezonundakı 34-cü qol olub. Ronaldu isə 1997/98 sezonunda 34 qol vurmuşdu.






























