
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Bluetooth-qulaqcıqlar, məxsusən də məşhur brendlərin saxta versiyaları insan beyninin birbaşa yaxınlığında elektromaqnit dalğaları yayır və beyin xərçənginə səbəb ola bilər.
Bu xəbərdarlığı Rusiya İqtisadiyyat Universitetinin informatika kafedrasının dosenti Aleksandr Timofeyev edib.
“Əgər radio-dalğalarda onların işinin elektromaqnit əsasının olduğunu nəzərə alsaq, şübhəsiz ki, ziyan var. İnsanın sinir sisteminin aktivliyinin də elektromaqnit cərəyanları var və təbiətin maqnit enib-qalxmasından əziyyət çəkən insanların sayı isə yalnız artır”, – deyə o bildirib.
Timofeyev qeyd edib ki, “Blueetooth”-un yaratdığı elektromaqnit sahəsi öz xüsusiyyətlərinə görə mikrodalğalı şüalanma ilə tutuşdurula biləndir və bu, birbaşa insan beyninin yanında olduqda ziyanlıdır.
Üstəlik, ən böyük təhlükə mənbəyi isə məşhur brendlərin saxta versiyalarıdır. Eşitmə qabiliyyəti və sağlamlıq belə cihazlardan zərər görür.
Eyni zamanda nəzərə almaq da lazımdır ki, naqilsiz qulaqcıqların müxtəlif radiodalğa yayma sinifləri ola bilər. Məsələn, minimal təsir məsafəsi olan qulaqcıqları maksimum təhlükəsiz hesab etmək olar.
“Qulaqcıq məsələsinə belə yanaşmaq lazımdır: cihazı stolun üzərinə qoyun və qulaqcıqları taxaraq cihazdan uzaqlaşmağa başlayın. Əgər bir neçə metr məsafədə siqnal zəifləsə, aparat maksimum təhlükəsizdir”, – deyə mütəxəssis sonda vurğulayıb.






























