Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın Kvemo-Kartli diyarının Dmanisi rayonunun 10-dək kəndi doludan ziyan görüb.

Bu barədə rayon meriyası məlumat yayıb.

Dolu dünən axşam saatlarında başlayıb və 10 dəqiqə ərzində davam edib. İntensiz yağıntılara görə rayon mərkəzi Dmanisi, həmçinin Vardisubani, İaquplo, Qanaxleba, Sarkineti, Velispiti, Qomareti və Mamişlo sakinləri problemlərlə üzləşib.

Ciddi zərər yerli fermerlərə dəyib. Meyvə bağları və kənd təsərrüfatı bitkilərinin bir hissəsi zədələnib.

Bu gün təbii fəlakətin vurduğu ziyanın hesablanmasına başlanılacaq.

Dolu həmçinin Kaxetiya diyarının Saqareco rayonunda da baş verib. Azı 4 kəndin zərər gördüyü bildirilir. Saqareco sakinlərinin bir hissəsi işıqsız qalıb.

Sinoptiklərin proqnozlarına görə, bu cür hava şəraiti Gürcüstanda 24 avqustadək davam edəcək. Zaman-zaman tufanlı və güclü yağışlar gözlənilir, dolu yağması ehtimalı da var. Küləyin güclənəcəyi gözlənilir, Qara dəniz sahilində fırtına gözlənilir. Güclü yağışlar dağlıq zonalarda sürüşmələrə səbəb ola bilər.