Global Look Press/Maren Hennemuth/dpa

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş hərbçisi Rusiya kəşfiyyatının xeyrinə casusluq ittihamı ilə həbs edilib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, müttəhim ömürlük azadlıqdan məhrum edilə bilər.

1996-cı ilin dekabrından 2011-ci ilin yanvarınadək olan məhkəmə sənədlərinə əsasən, 45 yaşlı Piter Rafael Dzibinski Debbins (…), ehtimal edildiyi kimi, Rusiya kəşfiyyatının agentləri ilə sövdələşib”, – deyə sənəddə qeyd edilir.

ABŞ tərəfi bildirir ki, müttəhim bu illər ərzində Rusiya xüsusi xidmət əməkdaşları ilə vaxtaşırı görüşlər keçirib.

Deyilir ki, Debbins 2008-ci ildə hərbi xidmətdən çıxaraq xüsusi təyinatlılardakı xidməti dövründən ona məlum olan sirli məlumatları rusiyalı agentlərə ötürüb.

Debbins həmçinin bir sıra keçmiş silahdaşlarının adlarını və onlar barədə məlumatları da təqdim edib”, – deyə bildirilib.