
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, “Taliban” terrorçuları Əfqanıstanın sərhəd polisi əməkdaşlarına hücum edib.
Nanqərhar əyalətində baş vermiş insident nəticəsində 2 polis əməkdaşı qətlə yetirilib, 9-su isə yaralanıb.
“1TV” bildirir ki, toqquşma nəticəsində 10 terrorçu da məhv edilib.






























