Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, əziz İslam Peyğəmbərinin (s) mübarək adı 2021-ci ildə Belçikanın paytaxtı Brüsselin kişi əhalisi arasında ən yayılmış ad olub.

Bu barədə ölkənin “Statbel” statistik agentliyinin hesabatında bildirilib.

Həmin adın 2 variantı – “Mohamed” və “Mohammed” yeni doğulan uşaqlara ən çox verilən 3 ad sırasına daxil olub.

Qeyd edək ki, 2021-ci il 18 430 uşaq anadan olub.

Brüsseldə ümumilikdə “Mohamed” adında 13 595 kişi qeydə alınıb və bu, siyahıda 2-ci olan “Jan” adındankı kişilərin sayından (6 089) 2 dəfə çoxdur.

“Mohammed” adı isə 3-cü yerdə qərarlaşıb – 4,8 min nəfər.

Ümumilikdə Belçikaya gəlincə isə, ən məşhur ad “Jan” (65 886), “Mark” (63 436) və “Patrik”-dir (50 917).

İslam Peyğəmbərinin (s) adı isə ölkənin 9-cu ən məşhur adıdır – 34 862 nəfər.

Əvvəlki məqaləSınaq imtahanı keçiriləcək – DİM
Növbəti məqalədəABŞ-da Məhəmməd Əli Günü keçiriləcək